Cütlüklərin ünsiyyətində problem yaranması, yəni söhbət ünsiyyətinin kəsilməsi və danışmağa sözünün olmaması artıq yaxınlaşan ayrılığı göstərir.
Bu nəticəyə psixiatrlar gəlib.
“Medicina” xəbər verir ki, elm adamları boşanmanın olacağını göstərən 4 əlaməti açıqlayıblar.
4 Apokalipsis atlısı hansılardır?
1. Toksiki tənqid – artıq hər iki tərəf bir-birini zəhərləyəcək dərəcədə sözlərlə tənqid edir, həmişə beləsən, sən heç vaxt düzəlməyəcəksən kimi sözlər deyilir.
2. Məsuliyyətdən qaçmaq, müdafiə mövqeyi seçmək
Cütlükdən biri digərindən özünü müdafiəyə keçərsə, yəni daim ondan hücum gözləyib, özünü haqlı çıxarmağa çalışırsa. Qarşı tərəfin dediyində heç bir 1% də həqiqəti görmür, məsuliyyəti tam üzərindən atıb ona yükləyir.
3. Danışığı kəsmək, uzaqlaşmaq, blok
Psixiatrın fikrincə, daim qarşı tərəfi bloklayan və ona fikrini deməyə imkan verməyən tərəf artıq boşanmaya hazırlanır.
Qarşı tərəflə fiziki təması kəsən, danışığı kəsən, söhbətləri yarımçıq kəsib üz çevirib uzaqlaşanların ailə həyatının sonu gəlib.
4. Nifrət etmək
Bunu necə hiss etmək olar? Gözlərini qaçırdır, süzdürür,daim ələ salır, gülür, guya zarafat edir, digər insan üçün dəyərli olan şeyləri aşağılayır, alçaldıcı davranışlar və s.
Məhz bu hiss evliliyi bitirən təhlükəli qatildir.
Əgər bu vəziyyət yeni yaranıbsa, artıq bir-birinizdən qaçırsızsa, psixiatr və psixoloq terapiyasından keçin, zamanında bunlarla mübarizə aparmasaz, getdikcə dərinləşəcək.
Aygün Musayeva