Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təzə ştamm xəstələri depressiyaya salıb, bütün gücünü tükədir - ALİMLƏR

  • 2021.12.01 16:43
  • 2537 Baxış
Təzə ştamm xəstələri depressiyaya salıb, bütün gücünü tükədir -  ALİMLƏR
Alimlər yeni Omikro ştamının başlıca təsirinin xəstədə mənəvi boşluq, ruh düşkünlüyü, depressiya və əzginlik yaratmasının səbəbini izah ediblər.


Medicina.az xəbər verir ki, bioloji elmlər üzrə mütəxəssis alim Georgiy Frolov bu barədə öz fikrini açıqlayıb.

“Omikron əvvəldən də yoluxub sağalanları hədəfə ala bilər. Kim ki, xəstəliyi yüngül keçirib, onlar xəstələnə bilər. Bunun bir neçə səbəbi var. Çünki xəstəliyi ayaqüstü keçirənlərdə güclü antitel bazası olmur. Orqanizm hələ də həssasdır.

İkincisi mutaiya virusun strukturunun dəyişkənliyidir. O molekulyar səviyyədə dəyişərək, immun sistem üçün daha görünməz olur. Hətta orqanizmdə peyvənd antiteli olsa da bu ştammı orqanizmə buraxa bilər.

Digər tərəfdən heç bir qorunma tədbirinə əməl etməyən biganə insan faktoru. Yoluxub sağalan və ya peyvənd olunan özünə arxayın gəzir. Bu da onların daha yüksək doza virusla yüklənməsi riskini artırır.

Yeni mutasiyanın insanda çox halsızlıq və mənəvi dəyişiklər yaratmasının də elmi izahı var.

Virus insan qanında biopolimer birləşmələri çoxaldır, bu da qanı qatılaşdırır. Nəticədə hüceyrələr qan və oksigenlə yaxşı təchiz olunmur. Bu yad birləşmələr qandan təcili dəf edilməli, çıxmalıdır, əks təqdirdə xəstəlik ağırlaşır”.