Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yuxuya tez getmək üçün 1 QAŞIQ BAL KİFAYƏTDİR

  • 2019.08.30 09:34
  • 5634 Baxış
Yuxuya tez getmək üçün  1 QAŞIQ BAL KİFAYƏTDİR
Günümüzdə əksər insan yuxusuzluqdan əziyyət çəkir. Şübhəsizdir ki, yuxusuzluq insan beyninə mənfi təsir göstərir. Bir sıra vacib qayda var ki, yuxusuzluqdan əziyyət çəkənlər üçün bunlar faydalı hesab olunur. Medicina.az xəbər verir ki, ilk olaraq, yatmazdan öncə 1 qaşıq bal yemək məsləhət görülür. İkincisi, yatağınızda rahat deyilsinizsə, dizlərinizin altına yastıq qoyun. Bu halda bel əzələləriniz boşalacaq və siz tez yuxuya gedəcəksiniz. Böyrü üstə yatmağı xoşlayırsınızsa, yastığı ayaqlarınızın arasına qoyub, uzanın. Belə vəziyyət rahatlanmağınıza və tez yuxuya getməyinizə kömək edəcək.