Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tez-tez yuxu görmək nədən xəbər verir?

  • 2020.09.18 12:52
  • 30854 Baxış
Tez-tez yuxu görmək  nədən xəbər verir?
İnsan çox yuxu görərsə bu yuxu pozuntusu ola bilər. Mütəxəssislər depressiyada olan insanın da çox yuxu gördüyünü bildirir.

Bəs tez-tez yuxu görmək xəstəlikdirmi?

Medicina.az mövzu ilə bağlı araşdırmanı təqdim edir:

Tez-tez yuxu görmək bəzi insanlarda yuxu problemlərinə yol açır. Bu da özü ilə birlikdə problemlərə səbəb olur. Mütəxəssislər yuxu periodlarının 90 dəqiqə olduğunu deyir. Yaş irəlilədikcə yuxu zamanı qısalır. Bu hal bəzi insanlar üçün narahatedici olsa da təbii vaxtın bir parçasıdır.

Yaşlılar daha tez oyanır

65 yaşdan çox insanlar 6-7 saat yatır. Yaşlı insanlar gecələr daha çox oyanır. Və yenidən yuxuya getməsi çətinləşir. Yuxu problemləri adətən yaşlılarda yuxusuzluq, yuxunun erkən və ya gec başlaması, yuxuda davranış pozuntuları kimi ortaya çıxır.

Depressiyandakı insanlar daha çox yuxu görür

Depressiya da yuxusuzluğun çox rast gəlindiyi tablolardan biridir. Depressiyadakı insan qarışıq və çox yuxu görür.

Gündüz yuxusu gecədən “oğurlanır “

Günlük bir saatlıq yuxu, gecə iki saatdan “oğurlanar”. Yuxusuzluq probleminiz varsa şirniyyatdan uzaq durun.

Yuxuya təsir edənlər…

Siqaret, çay və qəhvə yuxusuzluq yaradar. Alkoqol tez yuxuya getməyə səbəb olsa da, həmin şəxs erkən oyanar.

Ağır yeməklərdən uzaq durun

Yatma saatına yaxın ağır yeməklərdən uzaq durmaq lazımdır. Ağır fiziki idmanlar səhər saatlarında edilməlidir. Əks təqdirdə insanın yuxusu “qaçar”. Maye qəbulu da azaldılmalıdır. Yoxsa tualet ehtiyacı artdığından insan oyanar. Mütəmadi oyanma saatı da burada önəmlidir.

Aygün Nəbiyeva