Valideynləri narahat edən problemlərdən biri də uşaqlarının tez - tez xəstələnməsidir. ”Tez-tez xəstələnən uşaqlar“ dedikdə 1 yaşa qədər uşaqların ildə 4 dəfədən çox, 2-5 yaşda 5-6 dəfədən çox xəstələnməsi nəzərdə tutulur. Bunun bir çox səbəbləri var:
1. Digər patologiyası olmayan uşaqlar əsasən 6 aylıqdan sonra tez-tez xəstələnir. Belə ki, uşaqlarda anadan transplasentar yolla alınan passiv immunitet 6 aylığında itir. Bu səbəbdən 6 aylıqdan sonra törədici ilə rastlaşdıqda uşaq xəstələnir, onun öz immuniteti formalaşmağa başlayır.
2. Doğularkən uşağın döşə gec qoyulması, süni qidalara üstünlük verilməsi
3. Anemiya (daha çox Fe-defisitli anemiya)
4. Raxit
5. Hipotrofiyalar
6. Dölün bətndaxili hipoksiyası
7. Bətndaxili infeksiyalar, yenidoğulmuşun hemolitik xəstəliyini keçirmiş uşaqlar.
8.Bağırsaq disbiozu
9. Həyat şəraitinin qeyri-kafi olması
10. Antibiotiklərdən çox istifadə və s.
Tez-tez xəstələnən uşaqlar pediatr müayinəsindən keçməli, yanaşı patologiyalar aşkar olunduqda səbəbi aydınlaşdırılmalı, müvafiq müalicə aparılmalıdır.
İlk növbədə ana südünün vacibliyi anaya aşılanmalıdır. Raxit, anemiya, hipotrofiya, bağırsaq disbiozunun profilaktikasına ciddi diqqət yetirilməlidir.
Bu və digər xəstəliklərin müalicəsində tam formalaşmamış, həssas uşaq orqanizminə zərər vurmamaq üçün biotənzimləyici terapiyadan istifadə çox məqsədəuyğundur. Belə ki, Almaniyada istehsal olunan bu dərmanlar çox kiçik dozada (potensiya olunmuş), yəni orqanizmdə fəaliyyət göstərən bioloji aktiv maddələrin dozasındadır və orqanizmə, xüsusən də uşaq orqanizminə əlavə təsir göstərmir; tərkibi çox zəngin olub bitki, mineral, mikrob mənşəli komponentlər, toxuma ekstraktlarından ibarət olduğundan çoxhədəfli, yəni eyni zamanda bir çox etiopatogenetik həlqəyə təsir edir. Orqanizmin özünütənzimləmə və özünüsağaltma mexanizmlərini aktivləşdirir, bir çox patologiyaların əsasında duran immun disfunksiyanı aradan qaldırır.
Bu məqsədlə “Heel” şirkətinin aşağıdakı preparatlarından istifadə olunur:
ENGYSTOL + GRİPP-HEEL
• İMMUNMODULƏEDİCİ
• İLTİHABƏLEYHİNƏ
• VİRUSƏLEYHİNƏ
GÖSTƏRİŞ:
Virus infeksiyaları:
· Qrip
· KRVİ
· Herpes və s.
Gripp-heel+ Engystol preparatlarından istifadə Kəskin respirator virus infeksiyalarına yoluxmanın, kəskin simptomların inkişafının və ağırlaşmaların qarşısını alır.
· İmmun sistemini gücləndirir: Gripp-heel+Engystol qranulositlərin aktivliyini 41% artırır.
· İkincili infeksiyaya yoluxmanın qarşısını alır, ağır fəsadların inkişaf riskini azaldır.