racing vəz xərçəngi çox nadir rast gəlinən növdür, bütün xərçəng növləri kimi o da erkən aşkarlansa, həyatı xilas etmək mümkündür.
“Medicina” xəbər verir ki, bu xərçəngin əsas əlamətləri bəzən zobla səhv salınır.
- Boynun ön hissəsində, boğazda ağrısı olmayan, getdikcə böyüyən və bərk şiş
- Səsin batması, xırıltılı olması
- Udqunmada çətinlik
- Sanki boğazında nəyinsə səni sıxması hissi
Həkim Olqa Yuriyeva bu xərçəngin az əhəmiyyət verilən qəribə simptomunu da açıqlayıb.
Çox zaman tualetə gedərək, ishal kimi nəcis medulyar xərçəngin əlaməti ola bilər.
Xəstənin üzü qızarır, sanki yanır.
Bu qanda çox yüksək miqdarda kalsitonin hormonunun yığılması ilə bağlıdır.
Eləcə də xəstələr arıqlaya və öskürə bilir.
Əgər bu simptomlardan bir neçəsi varsa, endokrinoloqa görünüb, USM olunun.
Aygün Musayeva