Mütəxəssislər tez-tez təkrarlanan baş ağrılarını təhlükəli simptom kimi qiymətləndirir və belə insanlara həkimə müraciət etməyi tövsiyə edirlər
.
Medicina.az xəbər verir ki, adətən yuxudan oyandıqdan sonra insan özünü gümrah və dincəlmiş hiss edir. Lakin bəzən biz baş ağrısı ilə oyanırıq. Bunun səbəbi nə ola bilər?
Yuxusuzluq
Yuxuya gec getmək, narahat yuxu, gecə yuxudan tez-tez oyanmaq kimi hallar səhər baş ağrılarının əsas səbəbidir.
Həddindən artıq yatmaq
Bu da səhər baş ağrılarına səbəb ola bilər.
Narahat yastıq
Çox böyük və ya çox kiçik yastıqda yatan insanın boyun fəqərələri damarları sıxa bilər ki, bunun nəticəsində beyinin qan dövranı pozulur və bu da səhər baş ağrılarına gətirib çıxardır. Yastıq insanın çiyni enində olmalıdır, baş yuxu zamanı nə önə, nə də arxaya əyilməməlidir.
Saçları uzun olan bəzi qadınlar yatmazdan əvvəl saçlarını yığır. Saçlar çox sıx yığılıbsa, bu da səhər baş ağrılarına səbəb ola bilər.
Yatmazdan əvvəl çoxlu yemək yemək.
Susuzlaşma
Yuxu zamanı insanda susuzlaşma inkişaf edir. Susuzlaşma isə baş ağrılarının əsas səbəblərindən biridir. Mütəxəssislər yatmazdan əvvəl və oyandıqdan dərhal sonra 1 stəkan su içməyi tövsiyə edir.
-Yuxu zamanı xoruldamaq.
Elmi dildə buna "apnoe" deyilir. Xoruldayan insanda yuxu zamanı nəfəsalmanın bir neçə saniyəlik dayanması müşahidə olunur ki, bunun nəticəsində beyində hipoksiya (oksigenin çatışmazlığı) inkişaf edir. Nəticədə insan səhər özünü yorğun hiss edir, baş ağrılarından əziyyət çəkir.
-Depressiya
Bu ağır nevroloji pozulma gizli inkişaf edir və uzun müddət ərzində aşkar olunmaya bilər.
Mütəxəssislər tez-tez təkrarlanan baş ağrılarını təhlükəli simptom kimi qiymətləndirir və belə insanlara həkimə müraciət etməyi tövsiyə edirlər.