Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tez-tez sümük bulyonu içməyə 10 səbəb – Ailənin sağlamlıq sirri

  • 2020.01.10 21:28
  • 19898 Baxış
Tez-tez sümük bulyonu içməyə 10 səbəb –  Ailənin sağlamlıq sirri

Nə edim ki, həm daxilən, həm zahirən sağlam olum deyirsizsə, ailəlikcə adi sümük qaynadılmış bulyon içməyə adət edin. Həftədə ən azı 2-3 dəfə içərisinə əlavə heç nə qatılmayan bulyon için.


Medicina.az bulyonun bilmədiyiniz faydalarını təqdim edir:

- Kollagenlə zəngin olduğundan birləşdirici toxuma, bağlar və dərinin vəziyyətini yaxşılaşdırır, dərinin tonusunu artırır. Sellülitə qarşıdır

- Qaraciyərin işini yüngülləşdirir, çünki bulyondakı qlisin qaraciyəri toksinlərdən təmizləyir
- Bağırsağın selikli qişasını qoruyur, hiperkeçiriciliyini azaldır, bağırsaqdan qaynaqlanan allergiya və toksinləşməyə qarşıdır.

- Sümük və oynaqlardakı, orqanlardakı iltihabi prosesi götürür. Bulyonda olan aminturşuları bütün orqanizmdə iltihab ocaqlarını tapıb təmir edir.

- Əzələ və oynaqlarda ağrını azaldır. Yeni toxuma hüceyrələri yaranmasına dəstək olur. Jelatin və qlisin oynaq və qığırdaqları bərpa edir

- Virus və bakteriyalarla mübarizə aparan maddələr var. Mineral və amin turşuları tez sağalmanı sürətləndirir, immuniteti möhkəmləndirir

- Minerallar, kalsiumun mənimsənilməsini artırır. Tabletlərdənsə bulyondakı vitamin və minerallar yaxşı qana, bədənə sovrulur

- Həzmi yaxşılaşdırır, qəbizliyə qarşıdır, zülal və yağları parçalayır

- Sümükləri, dişləri möhkəmləndirir. Uşaq və yeniyetmələr üçün, eləcə də menopauza öncəsi vacibdir
- Əsəbləri sakitləşdirir, yuxunu yaxşılaşdırır. Stres və gərginliyi azaldır, hiperaktiv uşaq və gənclərə lazımdır