Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tez-tez kovid vaksini vurdurmaq sağlamlıqda problemlər yarada bilər - Qamaleya mərkəzi

  • 2021.12.13 16:33
  • 1266 Baxış
Tez-tez kovid vaksini vurdurmaq sağlamlıqda problemlər yarada bilər   - Qamaleya mərkəzi

Rusiyanın Qamaleya adına Epidemioogiya və Mikrobiologiya Mərkəzi üç aydan bir koronavirusa qarşı revaksinasiyadan çəkinməyə çağırıb.

Bu barədə “Sputnik V” peyvəndinin “Twitter” hesabında xəbərdarlıq edilib.

Agentlik qeyd edib ki, uzun müddətlik sınaqdan keçməyən üç aylıq mRNA buster vaksinlərinin dünya miqyasında sürətlə yayılması gözlənilməz sağlamlıq problemlərinə səbəb ola bilər.

Bundan əlavə, alimlər üç aylıq revaksinasiyaya sürətli keçidin heç bir pandemiyada istifadə edilmədiyini qeyd ediblər.

Həmçinin Mərkəzdən vurğulanıb ki, peyvənd intervalının azaldılmasına keçmək qərarı mRNA vaksinlərinin təsirinin qısa müddətini göstərir.