Əgər elə düşünürsüzsə ki, duş almağın bir rejimi yoxdur, o zaman yanılırsınız. Ona görə ki, dermotoloqların bildirdiklərinə görə, çimməyin özünün də qaydaları var və buna ciddi şəkildə riayət etmək lazımdır.
Cənubi Kaliforniya Universitetinin dermatoloqlarının bildirdiklərinə görə, çimmək dərinin xüsusiyyətlərindən, yaşayış yerindən, fiziki məşqlərdən asılı olaraq hər kəsə individual olaraq təyin edilməlidir.
Medicina.az sizə düzgün duş almağın qaydasını təqdim edir:
Aktivlik səviyyəsi
Vaxtının çox hissəsini idman zalında keçirən insanların duş qəbul etmədən ayrılmağın özünəməxsus "bəhanələri” olur. Əgər idman vaxtı siz çox güclü tərləyirsinizsə, o zaman heç bir bəhanə gətirmədən bir duş alsanız sağlamlığınız üçün yaxşı olar.
"Biz duşu dərimizdə yığılan yağ, ölü dəri hüceyrələri, tər, bakteriya və kirdən təmizləmək üçün duş qəbul edirik. Əgər bu sadalnanlar uzun müddət dəri üzərində və geyimin təmin etdiyi isti şəraitdə qalsalar bu bir sıra fəsadlara yol aça bilər.” -deyə həkimlər qeyd edirlər.
Kimin ki, dərisi səpgiyə meyllidir, bu insanların tez-tez duş qəbul etmələri dəri məsamələrinin açılmasına səbəb olacaq ki, nəticədə də iltihab prosesi azalacaq. Əgər çimməyə vaxtınız yoxdursa, o zaman bədəninizi nəm dəsmalla silin.
Dəri tipi
Dərisi yağlı olan insanlar gün ərzində bir dəfədən az olmayaraq duş qəbul etməlidirlər. Quru və həssas dərili insanlar isə, həftədə 3 dəfədən çox çimməməlidirlər. Əlbəttə ki, burda söhbət qoltuqdan və qasıq nahiyyəsindən getmir. Həmin nahiyələr tez-tez yuyulmalıdır. Həmçinin quru dəri xüsusi qulluq tələb edir. Belə ki, çimdikdən sonra dərini xüsusi kremlərin, yağların köməyilə nəmləndirmək lazımdır.
Bir məsələ də var ki, dərinin tipi yaş artdıqca dəyişir. Dermatoloqlar bildirirlər ki, vaxt keçdikcə dəri daha quru ola bilər.
Ətraf mühit
Əgər siz isti və nəmli zonada yaşayırsınızsa, o zaman hər gün duş qəbul etməlisiniz. Əksinə, daha sərin ərazidə yaşayırsınızsa o zaman hər gün duş almağa gərək yoxdur. Bu zaman ən vacib amil suyun temperaturudur. Çünki çox isti və eyni zamanda da çox soyuq su dərini qıcıqlandıraraq daha çox yağlanmaya və ya əksinə dərinin qurumasına səbəb ola bilər.
Arzu
Medicina.az