Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tez-tez başı ağrıyanlara asan metod - Bir karandaş dişlə

  • 2018.08.23 13:37
  • 13925 Baxış
Tez-tez başı ağrıyanlara asan metod -  Bir karandaş dişlə
Başağrıları üzrə mütəxəssis olan doktor Ceyn Leonard ilginc sayılan məsləhətlə çıxış edib.


Medicina.az xəbər verir ki, o, "The Daily Mail” qəzetində çap olunan məqaləsində bildirib ki, baş ağrıları zamanı diş arasında sadə karandaş sıxmaq lazımdır. 


Həkimin sözlərinə görə, yorğunluq, gərginlik, başın bir istiqamətdə çox olması, stres üz, boyun və baş əzələlərinin spazmına səbəb olur. Baş ağrısı zamanı aşağı çənə əzələləri gərginləşir. Ona görə işdə başınız ağrıyan kimi, əl altında olan taxta qələmi dişləriniz arasında 30 saniyə sıxmaqla bu gərginliyi azalda bilərsiniz.  Bu kiçik fənd – yəni dişlərin arasında karandaşın sıxılması əzələləri rahatladır, ağrının keçməsinə yardım edir.