Çəkidə ara-sıra dəyişmələr, kökəlib arıqlama, arterial təzyiqin də oynamasına, qanda şəkərin və xolesterinin miqdarına təsir edir, bu da miokard infarktı, insult və vaxtından əvvəl qəfil ölüç hallarını artırır deyə Cənubi Koreya alimləri bildirir.
Medicina.az xəbər verir ki, elmi təcrübənin məlum olub ki, metobolik faktorların qəfil və tez-tez dəyişməsi insanın sağlamlığına mənfi təsir edir.
Məlumdur ki, artıq çəki təzyiqin artması, xolesterin və qlükozanın yüksəlməsinə səbəb olur. Lakin arıqlama zamanı oynayan metobolik faktorların hansı risk yaratması barədə informasiya azdır.
Ağır pəhrizləri sınamaqla qısa müddətdə kilolardan azad olmaq gözəl hiss olsa da, sonradan çəkinin sürətlə qayıtması faktı da yüksəkdir. Bu fenomenə Yo-Yo effekti deyilir. Tsiklik olaraq arıqlayıb kökələnlər 10-30% əhalini təşkil edir.
Elmi araşdırmada 6,7 milyon insanın tibbi məlumatları istifadə olunub. Onların nə miokardı, nə diabeti, nə də yüksək təzyiqi yox idi. Koreya Milli Sağlamlıq sistemi 2005-2012-ci illər arasında bu insanları 3-4 dəfə tibbi baxışdan keçirib, şəkər, təzyiq, xolesterin, ürək-damar sistemi yoxlanılıb.
Müşahidə müddəyində 55000 ölüm halı qeydə alınıb, onlardan 22.000 insult, 21.000 infakrtın payına düşür.
Pasiyentlərin çəkisi də yoxlandığından alimlər bu qənaətə gəlib ki, çəkisində artım-azalma olan insanlar vaxtsız və qəfil ölümə daha çox yaxalanıblar. Çünki çəki dəyişimi ilə əlaqədar qanda və təzyiqdə baş verən kəskin, qəfil dəyişimlər ölüm riskini 127%artırıb.
Ona görə artıq çəkili insanların özbaşına olaraq çəki atımı ilə məşğul olmaları səhhətləri üçün təhlükəlidir. Onlar arıqlamaq üçün həkim nəzarətində olmalı, əgər arıqlayırlarsa, əldə olunan çəkini saxlamağa çalışmalıdırlar.