Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tez çirklənən saçların çarəsi

  • 2018.10.05 17:23
  • 8790 Baxış
Tez çirklənən saçların çarəsi
Saçlar insanın ən təbii aksesuarıdır. Uzunluğu və qısalığından asılı olmayaraq sağlam və təmiz saçlar hər zaman gözəl görünür.

 

Bəzi insanlar saçlarının tez çirklənməsindən şikayətçidirlər. Xüsusilə də qadınlar bu mövzuya daha həssas yanaşırlar. Tez çirklənməyə bir çox faktor səbəb ola bilər. Dəqiq məlumatı təbii ki müayinədən sonra həkim deyə bilər.

 

Adətən gündəlik edilən yanlış vərdişlər də buna səbəb ola bilər.


Medicina.az saçları qorumaq və tez çirklənməyin qarşısını almaq üçün bir sıra üsullar təqdim edir:

 

 

Qaynadılmış və ya təmizlənmiş sudan istifadə etmək məsləhətdir.


Kimyəvi maddələri azaldın. Saçların xüsusi baxımı üçün istifadə olunan kremlər saçların tez çirklənməsinə səbəb olur.



Şotka daraqlardan istifadəni dayandırmaq yaxşı olardı. Digər daraqlardan istifadə edərkən, darağı saçın dibinə toxundurmayın.


Təbii saç düzümlərindən istifadə edin. Formaya salmaq üçün istifadə olunan krem və saç lakları, onların tez çirklənməsinə səbəb olur.


Saçlarınızı isti və soyuqdan qoruyun. Xüsusilə də yay və qış fəsillərində qoruyucu papaqdan istifadə etmək faydalıdır.