Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tez ailə qurmaq faydalıdır - ALİMLƏRDƏN MARAQLI AÇIQLAMA

  • 2019.06.05 09:50
  • 11604 Baxış
Tez ailə qurmaq faydalıdır  - ALİMLƏRDƏN MARAQLI AÇIQLAMA

 

Mütəxəssislər həmişə maraqlı və faydalı kəşflərlə diqqət mərkəzində olublar. Əksəriyyəti isə səhhətimiz üçün faydalıdır.

Medicina.az daha iki maraqlı məsləhəti təqdim edir:

 

 

 TEZ EVLƏNMƏK SAĞLAMLIĞA XEYİRDİR

 

 

ABŞ-da yerləşən Penn-Steyt Universitetinin alimləri hesab edirlər ki, ailə qurmağın ən normal vaxtı 18-25 yaş arasıdır. Bu yaşda ailə həyatı qurmaq gənclərin və onların gələcək övladlarının sağlamlığı üçün yaxşıdır. Psixoloqlar 8 min gənc ailə arasında apardıqları sorğudan sonra bu qənaətə gəliblər.  Belə ki, 18-25 yaş arası evlənən gənclər öz uşaqları ilə mehriban olurlar, onlar depressiyaya düşmür, ailələrində söz-söhbət az olur. Eyni zamanda gənclər bilməlidirlər ki, tez ailə qurmaq, təhsili sona yetirmək demək deyil. Siz həm işlərinizi qaydasında görə, həm də uşağınıza qayğı göstərə bilərsiniz.

 

 

NƏ QƏDƏR ÇOX XƏRCLƏSƏN, O QƏDƏR DƏ XOŞBƏXT OLACAQSAN

 


 

Britaniya Kalumb Universitetinin alimləri əmindirlər - İnsan nə qədər çox xərcləyirsə, bir o qədər çox xoşbəxt olur. Alimlər 623 nəfər arasında sorğu aparıblar və onlara suallar ünvanlanıb: "İl ərzində siz nə qədər pul xərcləyirsiniz və nə alırsınız?". "Siz nə qədər xoşbəxtsiniz?". Sorğu zamanı məlum olub ki, sən demə, ən xoşbəxt insanlar xeyirxahlıq, dostları və qohumları üçün pul xərcləyənlərdir. Alimlər bu qənaətə gəliblər ki, əliaçıq insanlar xoşbəxt olur və onlar hamıya yaxşılıq etməyi sevirlər.