Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təyyarədə uçmağa qorxanlar üçün məsləhətlər

  • 2019.10.28 11:26
  • 4402 Baxış
Təyyarədə uçmağa qorxanlar üçün məsləhətlər

Hava nəqliyyatı rahat olmaqla yanaşı sağlamlıqla bağlı bəzi riskləri də bərabərində gətirə bilər.


 


 


Medicina.az xəbər verir ki, xüsusilə də təyyarənin qalxması və enməsi zamanı qulaqlarda hiss
edilən ağrı bəzən səfər zamanı, bəzən səfərdən sonra belə şikayətlərin
davam etməsinə yol aça bilər. Təyyarə səfərləri əsnasında tətbiq ediləcək
bir neçə kiçik üsul daha rahat şəkildə səyahət etmənizə gətirib çıxarır.


 



Ən çox qulaqlar təsirə məruz qalır



Gündəlik həyatda hiss edilən açıq hava təzyiqi ilə hündürlüyə
qalxdıqda hiss edilən təzyiq arasında böyük fərq var. Təyyarə
səfərlərində yüksək nöqtələrə olduqca sürətli bir qalxma gerçəkləşdiyi
üçün bədən bu təzyiq fərqinə uyğunlaşmaqda çətinlik çəkə bilər. Yaşanan
təzyiq fərqi bədənin fərqli bölgələrində hiss edilməklə yanaşı ən bariz
şəkildə qulaqlarda ortaya çıxır. Orta qulaq tunellə burun boşluğuna
açılır və qulaq pərdəsinin xarici tərəfindəki təzyiqlə daxilindəki
təzyiqi tarazlamağa çalışır. Təyyarə səyahətlərində əsasən qulaq
daxilindəki təzyiq aşağı olur və qulaq pərdəsi içəriyə doğru paraşüt
kimi çökə bilir. Qulaq pərdəsindəki itələnmə-çəkilmə artıq olduğu zaman
tıxanıqlıq hissi ilə yanaşı ağrı da hiss edilə bilir.


 


 


 


Təyyarə səyahətlərində mövcud yüksəklik, enmə və qalxma sürəti
ilə kabinədəki təzyiqi tarazlayan cihazların düzgün işləməsi də hiss
edilən təzyiq baxımından önəmlidir. Eyni zamanda səyahət edən insanın
sağlamlığı da hiss edilən təzyiq baxımından önəmli faktordur. Qrip,
soyuqdəymə, sinüzit, tənəffüs yolu infeksiyaları kimi səbəblərdən burun
tıxanıqdırsa, təzyiq və ağrı daha çox hiss edilir. Qulaqda hiss edilən
ağrı və təzyiq bilinənin əksinə olaraq burnun lazımi qaydada
funksiyasını yerinə yetirə bilməməsindən qaynaqlanır. Burun düzgün nəfəs
ala bilmədiyi hallarda burun və orta qulaq boşluğuna yetərli hava daxil
ola bilmir, hava azlığı səbəbilə də təzyiq dəyişikliyinə uyğunlaşmaq
daha gec baş verir.


Qulaq-burun-boğaz xəstəliklərinə meyilli olan insanların təyyarə
səyahətlərində daha diqqətli olmaları məsləhət görülür. Səyahətə
çıxılacaq günlər ərzində burun tıxanıqlığı, üst tənəffüs yolları
infeksiyaları, səs qısıqlığı, boğaz ağrısı kimi şikayətləri olan
insanların həkimə müraciət etməsi, lazın gələrsə, səyahətini təxirə
salması faydalı olar. Səyahətdən əvvəl əlamətlər şiddətli olmasa belə
hiss edilən ağrılar səbəbilə səfər olduqca narahat keçə bilər.


 


 


Su içməyə diqqət edin


Orta qulaq sisteminə hava axınını təmin edən üzvlər udqunma
hərəkəti ilə qidalanır. Xüsusilə də qalxma və enmə əsnasında kiçik
udumlarla su və ya ilıq maye qəbul etmək udqunmaq hərəkətini təmin edər.


 


 


Saqqız faydalıdır, lakin


Qulaqlardakı tıxanıqlıq hissindən yaranan ağrını azaltmaq üçün
udqunma ilə birlikdə çənə hərəkətlərinin də aktivləşməsini təmin edən
saqqız çeynənilməsi faydalı olur. Saqqız çeynəmək ağrının və tıxanıqlıq
hissinin aradan qaldırılmasında nə qədər faydalıdırsa, saqqızı şar
şəklində şişirtmək də eyni dərəcədə təhlükəli ola bilər. Bu səbəblə də
saqqız çeynəməklə əldə edilən fayda şişirtməklə zərərə çevrilə bilər.


 


 


 


 


"Valsalva manevri”nə diqqət!


Ağzın və burnun qapadılıb qulaqlara hava təzyiqi göndərilməsi
kimi bilinən "Valsalva manevri”ndən son çarə kimi istifadə olunur. Bu
hərəkəti düzgün edə bilmək böyük əhəmiyyət kəsb edir. Yanlış edilərsə,
arzu olunmayan nəticələrə gətirib çıxara bilər.


 


 


Uçan zaman körpənizi əmizdirin


Körpələrin təyyarə səyahətləri zamanı daim ağlamalarına səbəb də
bu kimi hallardır. Əgər körpə ana südü içirsə, onu əmizdirmək çox
faydalı olar. Biraz böyük uşaqlar isə yetkinlərin istifadə etdiyi su
içmək və saqqız çeynəmək kimi üsullardan faydalana bilərlər.


 


 


Ağrılarınız keçmirsə təyyarə səyahəti bitdikdən sonra hiss edilən ağrılar əsasən bir
neçə saat ərzində başa çatır. 10-12 saat ərzində keçməyən ağrıları
gözardı etməmək lazımdır. Bu kimi hallarda burun-qulaq-boğaz həkiminə
müraciət edilməsi tövsiyə olunur. Təyyarə səyahətlərində meydana gələn
tıxanıqlıqlar və ağrılar tez-tez olmamaqla yanaşı daimi narahatlıqlara
da səbəb ola bilər.

Təyyarədə uçmağa qorxanlar üçün məsləhətlər
Təyyarədə uçmağa qorxanlar üçün məsləhətlər