“Təəssüf ki, bu həqiqətdir ki, Xalq artisti Teymur Mustafayev COVID-19-dan vəfat edib”.
Medicina.az xəbər verir ki, bunu Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
O bildirib ki, T.Mustafayevin vəziyyəti kritik olub:
“Müvafiq qaydada onun müalicəsi istiqamətində tədbirlər görülüb. Lakin təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb”.