Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təyinatsız dərman qəbul etdilər, zəhərləndilər

  • 2018.06.27 22:36
  • 6711 Baxış
Təyinatsız dərman qəbul etdilər, zəhərləndilər
Bu ilin əvvəlindən indiyədək dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı 21 nəfər Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib.


Medicina.az xəbər verir ki, bunu Trend-ə mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.


Onun sözlərinə görə, dərmandan zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil: "Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu da sonda zəhərlənmə ilə nəticələnir".


A.Maqsudov qeyd edib ki, bu ilin aprel ayından indiyədək 37 nəfər dəm qazından, 3 nəfər sirkə turşusundan zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib. Ölüm halları qeydə alınmayıb.