Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tətili dənizdə, yoxsa dağda keçirək?

  • 2025.04.12 18:34
  • 171 Baxış
Tətili dənizdə, yoxsa dağda keçirək?

Həkimlər insanlara dənizkənarı tətilləri dağlara səyahətlə əvəz etməyi məsləhət görür.

“Medicina” xəbər verir ki, çox vaxt dəniz kənarında tətil isti havalara uzun müddət uyğunlaşma səbəbindən bir çox insanlar üçün komfortlu olmur.

Ən yaxşı alternativ dağlarda istirahətdir ki, bu daha sağlamdır, xüsusilə infarkt və insult keçirənlər və ya ürək xəstəliyindən əziyyət çəkənlər üçün.
Feldşer Nataliya Balan bunun səbəbini açıqlayıb:

"Dağ havası ilk növbədə ürək-damar xəstəlikləri olan insanlar üçün tövsiyə olunur: ürək-damar xəstəlikləri, hipertoniya, infarkt və ya insultdan sonra.

Dağlıq ərazilərdə hemoglobinin səviyyəsi dəniz sahillərinə nisbətən iki dəfə tez bərpa olunur.

Allergiya xəstələri üçün, xüsusilə çiçəkləmə zamanı bu cür istirahətə üstünlük verilir, çünki təmiz dağ havasında polen və allergenlər praktiki olaraq yoxdur. Şam meşələrində daha tez-tez istirahət etmək lazımdır, məsələn, şam ağacının havasında bioloji aktiv maddələrlə yanaşı, çoxlu miqdarda C vitamininin də olduğunu vurğulayıb.

Bu, bakteriyaları məhv etməyə və bədəndə vitamin çatışmazlığını kompensasiya etməyə imkan verir.

Bu cür tətil tənəffüs xəstəlikləri və allergiyası olan insanlar üçün faydalı olacaq: ağciyərlər təmizlənir, bronxlar güclənir və öskürək yox olur" dedi həkim. “Gündəlik gəzintilər həmçinin ürək və qan damarlarının fəaliyyətini yaxşılaşdırır, qan təzyiqini aşağı salır, yaddaşı gücləndirir və konsentrasiyanı təxminən 20% artırır”.


Aygün Musayeva