Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təşviş və panik atak zamanı xilas metodu – Cəmi bir sadə üsul

  • 2020.11.10 16:34
  • 4708 Baxış
Təşviş və panik atak zamanı xilas metodu  – Cəmi bir sadə üsul

Beyində təşviş, qorxu, narahatlıq dolu fikirlər dolaşıb, sizi yorursa. Boğazda düyün, sıxılma kimi hiss yaranırsa, panik atakdan əziyyət çəkirsizsə, bu sadə metodu mütləq öyrənməlisiz.


Medicina.az xəbər verir ki, metodu dünya psixoloqlarının hər biri bilir və tövsiyə edir.

Daha çox xəstəlik, ölüm-itim, övladlarının başına nəsə gələcəyini düşünüb bununla öz həyatını, beynini zəhər edənlər bu vərdişdən, psixi durumdan xilas yolu axtarır.

Hətta adi beynin oyunu olan təşvişli fikirlərdən isterik nevroz həddinə düşənlər də var.

Beyni bu fikirlərdən yayındırmağın bir yolu var: bədənə əziyyət verib, beyini bədənə cəmləmək.

Təbii ki, ağrı zəif olmalıdır. Bunun üçün biləyinizə pullar üçün olan sarı rezin taxırsız.

Bu rezin daim qolunuzda olur.

Elə ki, beyin təşviş siqnallarını göndərdi, dərhal rezini tutub çəkərək buraxırsız.

Bu zaman fiziki ağrı baş verəcək.

Bu zaman beyin təşvişli fikirləri buraxıb real ağrıya, təhlükəyə köklənəcək. Bu reflektiv olaraq baş verəcək.

Getdikcə təşviş və qorxu fikirləri azalacaq və itəcək.

Buna bir qədər zaman lazım ola bilər..