Bağırsaq mikroflorası insanın beyninə, əhvalına təsir edir.
"Medicina" xəbər verir ki, nevroloq Eldar Ramazanov təşvişli insanlara antidepressantların təyininin heç də həmişə effekt vermədiyini bildirib.
Təşvişi tamam başqa istiqamətdə müalicə etmək lazımdır.
"Əksər hallarda təşvişin səbəbi serotonin hormonunun defisitidir. Antidepressantlar bu əskikliyi doldurmağa çalışır, amma defisitin səbəbi tapılmamış qalır, dərman kəsilən kimi yenə eyni vəziyyət olur.
Serotonin beyində yaranmır. O beyinə lazımdır. Serotonin 80% bağırsaq mikroflorasında sintez olur.
Disbakterioz, parazit, həzm pozğunluğundan əziyyət çəkən pasiyentlərdə çox aşağı serotonin olur.
Faydalı mikroflora defisiti heç bir ağrı, simptom vermir. İnsan elə bilir ki, bağırsağı normal işləyir.
Ona görə də təşvişli nevroz insanların müalicəsi ilk növbədə bağırsağın normaya salınmasından başlanmalıdır.
Sürətli həll olan karbohidratları azaltmalı, zülal və lifli qidalar yeməli, təzə meyvə-tərəvəzi çox etmək lazımdır.
Antidepressantlar isə ilk başda həyəcanı götürə bilər.
Aygün Musayeva