Yeni elmi araşdırmanın nəticələri prebiotiklərin psixi pozuntu, təşviş, stress keçirənlərə müsbət təsir etdiyini göstərib.
Medicina.az xəbər verir ki, bu problemi olanların durumu bağırsaq mikroflorasının vəziyyətindən asılıdır.
Adətən mikroflorası pozulanlar, disbakteriozu olanlarda təşviş, depressiya, nevroz, panik atak yaşanır.
Prebiotiklər – bağırsaq mikroflorasını bərpa edən lakto və bifidobakteriyalardan ibarət preparatdır.
Britaniyanın Sarrey Universitetinin alimləri 64 nəfər 18-26 yaşlı qızlar arasında eksperiment aparıb.
28 gün ərzində qrupun yarısına gündə bir dəfə prebiotiklər verilir. Bütün iştirakçılar müntəzəm olaraq özləri barədə anket doldurub, psixoloji suallara cavablar verilib. Onların psixi durumu, yuxu, iş rejimi qeyd edilib. Eləcə də həftədə bir dəfə nəcis analizi alınaraq, mikrofloranın vəziyyətinə baxılıb.
Nəticədə prebiotik içən qrupda 4 həftə ərzində bağırsaq mikroflorası bərpa olub, təşviş səviyyəsi azalıb, ümumilikdə onlar stresdən çıxaraq, daha müsbət əhvalda olublar.