Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Testosteron hormonunun aşağı olması... - Kişilərə bəd xəbər

  • 2024.05.15 20:22
  • 774 Baxış
Testosteron hormonunun aşağı olması... -  Kişilərə bəd xəbər
Testosteron səviyyəsi aşağı olan kişilərin ölüm riskinin daha yüksək olduğu anlaşılıb.

Medicina.az xəbər verir ki, yeni araşdırma testosteron səviyyəsinin kişilər üçün kritik əhəmiyyət kəsb etdiyini üzə çıxarıb.

“Annals of Internal Medicine” jurnalında dərc edilən araşdırmaya görə, testosteron səviyyəsi aşağı olan kişilərin vaxtından əvvəl ölüm riski daha yüksəkdir.

Tədqiqat çərçivəsində 24.109 kişinin tibbi məlumatları təhlil edilib. Məlum olub ki, testosteron hormonunun səviyyəsi aşağı olduqda kişilərin ürək-damar xəstəliklərinə tutulma və bu xəstəliklər səbəbilə ölmə ehtimalı artır.

Elm adamları nəticələrin müşahidə xarakteri daşıdığını vurğulayıblar.


Aysel