Mütəxəssislərin apardığı araşdırmaya görə, koronavirusa yoluxan əmizdirən anaların südlərində virusa rastlanılmayıb.
Medicina.az xəbər verir ki, araşdırma koronavirus testi müsbət çıxan 11 əmizdirən ananın südlərində aparılıb. Bir neçə həftə boyunca mütəmadi olaraq davam edən testlərdə günün müəyyən saatlarında əmizdirdikdən əvvəl ananın südlərindən nümunələr alınıb.
Nəticələrə görə, ananın südlərində koronavirus olmadığı və heç bir körpəyə ana südü ilə virusun keçmədiyi sübut edilib. Eyni zamanda, koronavirus keçirən qadınlarda yaranan antitellər isə südlə birlikdə körpəyə keçdiyi və virusa qarşı qoruduğu müəyyən edilib. Ana südü çox dəyərli antitel və qida qaynağıdır. Körpələrin az təsirlənməsinin əsas səbəblərindən biri də ana südü və immun sisteminin güclü olmasıdır. İmmun sistemi körpələrdə güclü olur. Yaş artdıqca azalır.