“Koronavirus infeksiyasına yoluxmağım barədə yayılan xəbərlər həqiqəti əks etdirmir”.
Medicina.az xəbər verir ki, bunu APA-ya Tərətr rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov bildirib.
İcra başçısı qeyd edib ki, COVİD 19 virusuna yoluxduğu və karantinə alındığı barədə xəbərlər yalandır: “Hazırda xidməti otağımda işimin başındayam. Hər kəs kimi mən də analiz vermişəm. Analizin cavabı isə neqativdir. Bunu tək mən yox, sevdiklərinə, ətrafına və özünə hörmətlə, sevgi ilə yanaşan hər kəs etməlidir”.