İsti havalarda ən çox narahatlıq yaradan problemlərdən biri də tərləməkdir.
Medicina.az xəbər verir ki, yay aylarında tərləmənin və tər iyinin qarşısını duz sabunu ilə almaq olar.
Duz sabunu digər sabunlardan fərqli olaraq köpüklənmir. Çünki, o, qaya və ya Himalay duzunun qəlibdə sıxılması nəticəsində əldə edilən tamamilə təbii tərkibli sabundur. Tərkibində 70-dən çox mineral olan duz sabununun bir çox faydası var. Duz sabunun pis qoxunun qarşısını almaq qabiliyyəti ön plana çıxır. Su ilə təmasda olanda köpüklənməyən duz sabunu digər sabunlardan fərqli olaraq bədəndə tər qoxusunun yaranmasının qarşısını alır. Bunun üçün duz sabunundan müntəzəm olaraq istifadə edilməlidir.
Duş qəbul etdikdən sonra sabunu bədəniniz nəmli ikən dərinizə çəkməlisiniz. Daha sonra qurulanmaq olmaz. Çünki dəsmalla qurulansanız, duz və minerallar dəsmala keçəcək və sabununn heç bir faydası olmayacaq. Bir neçə dəqiqə gözlədikdən sonra geyinə bilərsiniz. Bədəndə qalan duz hissəcikləri isti havalarda tərləmənin qarşısını alacaq. Bu yolla həm də mineral itkisindən qorunacaqsınız.
Duz sabunu dəri xəstəliklərinə qarşı da təsirlidir. Duz bədəndə qaldıqca bakteriya və virusları məhv edir.
Hər şeydə olduğu kimi, duzlu sabunun da həddindən artıq istifadəsi zərər verə bilər. Buna görə də hər hansı bir dəri xəstəliyi olanlar həkimlərinə müraciət etməlidirlər.
Aysel
Harada satılır.Heç rast gəlməyib...