Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tərkibində xərçəng yaradan toksinlər olan – Ərzaqlar

  • 2024.04.03 16:11
  • 2752 Baxış
Tərkibində  xərçəng yaradan toksinlər olan  – Ərzaqlar

Qaraciyər və böyrəklərdə xərçəngin yaranmasının bir səbəbi də aflotoksinlərdir.


“Medicina” xəbər verir ki, tibb elmləri doktoru Olqa Pomoyneskaya aflotoksin tərkibli əsas qidaların adını açıqlayıb.


“Xərçəngi toksik komponentlər yaradır. Kif göbələyində olan aflotoksin zəhərdir və qida ilə orqanizmə keçir.


Əsasən qaraciyər, böyrək, ağciyər xərçəngi yaradır. Eləcə də insanın immun sistemini zəiflədir və xroniki iltihaba yol açır.


Aflotoksinlər indi gündəlik qida məhsulları, un məmulatlarında belə ola bilər.


Daha çox kifli, göbələkli, müddəti bitmiş və ya saxlanma şəraiti pozulmuş qidalarda olur.


- Aşağı keyfiyyətli qəhvə və kakaoda
- Dondurulmuş qidalarda
- Pendirdə
- Paket çaylarda
- Qoz, fındıq, çərəzdə


Belə bir fikir var ki, ev tutması və mürəbbəsində də aflotoksin olur. Ona görə qıcqırmış mürəbbəni qaynadıb yenidən istifadə etmək olmaz”.


Aygün