Yaşlanma ilə bağlı xəstəlikləri azaldan və uzun ömürə səvbəb olan bitkini qidanıza əlavə etsəniz, sanki bütün vitaminləri almış kimisiz.
“Medicina”xəbər verir ki, həkim Andrey Bobrovski xren-qıtıqotunun faydasından danışıb.
“Xrenin (qıtıqotu) tərkibində C, B qrup vitaminləri, maqniy, kalsiy var. Çox vaxt bu bitkini “uzunömürlük vitamini” adlandırırlar.
Xren tərkibinə görə yaşlanma xəstəliklərinin profilaktikasında əvəzsizdir.
Xrenin faydaları nədir:
- C vitamini immun sistemin işini aktivləşdirir
- Antioksidant təsiri ilə iltihab əleyhinə təsir edir
- Həzmi stimullaşdırır, öd şirəsini aktivləşdirir
- Virusları zərərsizləşdirir
Xrenin təzəsi, qurusu, üyüdülmüşü, tozu pasta, sous və dəmləmələrə, salatlara əlavə edilə bilər.
Sutkalıq dozası 1 çay qaşığıdır. Çox yemək olmaz.
Qastrit, astma, böyrək xəstəliklərində olmaz”.
Aygün Musayeva