Dünya Səhiyyə təşkilatı həyəcan təbili çalır. Hazırda dünyada palma yağı istehsalı tütün və alkoqol sənayesi ilə eyni pillədədir.
Bu yağ nəinki insan orqanizminə, həmçinin ətraf mühitə də təsirini göstərir. ÜST alimlər, dövlət qurumları və həkimlərə tövsiyə edib ki, palmay yağına münasibəti bir daha götür -qoy edib, onun insanlığa mənfi təsirini azaltmaq üçün konkret təkliflər versinlər.
Bakupost.az gündən-günə market, mağaza rəflərində çoxalan palma yağ tərkibli məşhur qidaları təqdim edir.
1. Tez hazırlanan lapşa, əriştə, rollton
2. Tərkibində süd yağı olmayan, əvəzinə palma yağı istifadə olunan bərk pendir və pendir məhsullar
3. Marketlərdə satılan kəsmik, kəsmik kütləsi, kəsmikli şirniyyatlar
4. Bütün marqarin yağları
5. 90% dondurmalar
6. Vafli
7. Qənnadı qlazur - şirniyyat, tortların üzərinə vurulur
8. Konfetlər, ucuz şokoladlar
9. Marqarin qatılmış çörəklər, bütün növ un məmulatları
10. Peşenyelər, hətta körpələr üçün olanlar
11. Früterdə hazırlanmış qızarma məhsullar, kartof fri, nagets və s.
12. İdman, fitnes batonları
13. Səhər yeməyi üçün qutularda olan hazır məhsullar- yulaf əzməsi və s.
14. Dondurulmuş xəmir, bu xəmirdən bişmiş dondurulmuş əriştə, düşbərə, pelmeni, xingal və s
15. Marqarində bişmiş istənilən perojki, xaçapuri, qat-qat xəmirli bişmələr
16. Snekilər
17. Bəzi uşaq qidaları - tərkibində palma və ya marqarin yazılır.
Aygün Musayeva
Baku
Mən İranlı deyiləm. Amma biz danışanda İranı bəyənmirik. İran öz daxilində palma yağının satışına, işlədilməsinə, sərhəddən daxilə keçirilməsinə qadağa qoyub. Keçmiş MDB dövlətlərinin hamısında, o cümlədəndə bizim Azərbaycanda həm satılır, həmdə istifadə olunur. Niyə özümüz özümüzə qənim kəsilirik? Dövlət niyə buna göz yumur?
Bəs AQTA hara baxır? Məgər AQTA belə halların qarısını almalı deyil? Yoxsa rüşvətini alıb səsin çıxarmır? Bəs dövlət ? Bu özbaşınalıq deyilmi?