“Akkermansia” bakteriyası insan sağlamlığına, xoşbəxtliyinə və fiziki performansına möcüzəvi təsir göstərir.
Medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mikrobioloq Əli Rza Akın xərçəng hüceyrələrini yavaşladan, xoşbəxtlik hormonunu artıran və aclıq hormonunu idarə edən “Akkermansia” bakteriyasının faydalarından danışıb.
Son 10 ildə mütəxəssislər xroniki xəstəliklərin müalicəsinin yeni nəsil probiyotiklər və xüsusi seçilmiş prebiyotiklər sayəsində bağırsaqlarda başladığını və fərqli müalicə üsullarının olduğunu anlamağa başlayıb.
Dünyanın aparıcı alimləri və “Xərçəngin bakterial terapiyası” kitabının müəllifləri arasında olan, Silikon Vadisində yeni nəsil probiyotiklər üzərindəki işləri ilə tanınan mikrobioloq Əli Rza Akın bu yeni nəsil müalicə üsullarının ən böyük müdafiəçilərindən biridir.
Çünki 25 ildir Silikon Vadisində bakteriyalar üzərində araşdırma aparan Akının əsas məqsədi xərçəng, depressiya, MS, autizm, piylənmə və xora kimi bir çox xəstəliyi bakteriya ilə müalicə etməkdir.
Onun sözlərinə görə, mikrobiotamızda olan bakteriyalar sayəsində xoşbəxtlik hormonu ifraz olunur, hamiləlik dövründə ağız florasında yaşayan bakteriyalar uşaqların zəkasına dərindən təsir edir, sağlam mikrobiota bizi xərçəngdən qoruyur; bəşəriyyət diabet, depressiya, MS və autizmlə bakteriyalar arasındakı dərin əlaqəni yeni öyrənir.
“İnsanın mikrobiotası doğuşdan əvvəl ana bətnində formalaşmağa başlayır və gələcək ananın istifadə etdiyi hər bir antibiotik və yaxud sənaye qidası uşağının mikrobiotasına və beləliklə də onun bütün həyatına dərindən təsir edir. Əcdadlarımızda mövcud olan 5 min növ bakteriyaya qarşılıq bu gün cəmi 300-500 növ bakteriya ilə yaşamağımızla xroniki xəstəliklər arasındakı əlaqə hələ də tam başa düşülməyib”, - deyə Akın qeyd edir.
Dünyada canlı “Akkermansia” bakteriyasını təcrid edə bilən azsaylı laboratoriyalardan birində çalışan və 25 ildir bu sahədə olan bir alim kimi Akın “Akkermansia” ailəsinin 7 növ alt üzvü olduğunu bildirir:
“Təbii ki, hər birinin fərqli üstünlükləri var. “Akkermansia” bakteriyaları ilə birlikdə istifadə ediləcək prebiyotiklər sayəsində onun konkret olaraq hansı vəzifəni yerinə yetirəcəyini müəyyən edə bilərsiniz. Eyni zamanda, bu möcüzəvi bakteriyanın çox daha güclü işləməsi üçün üstünlük verdiyi “dost”larından faydalanmaq da çox vacibdir. Uyğun probiyotiklər və prebiyotiklər “Akkermansia” ilə istifadə edildikdə, insan bədəninə fayda verməsi daha asan ola bilər”.
Akının sözlərinə görə, “Akkermansia” insan müdafiə sisteminin tərbiyəsində professordur və kimin düşmən, kimin dost olduğunu immun sisteminə öyrədərək, istehsal etdiyi metabolitlər sayəsində insan sağlamlığında bütövlüyü təmin edir və bədənin özünə hücum etməsinin qarşısını alır.
“Həmçinin bir çox otoimmun xəstəliklərdə müdafiə sistemini tənzimləyir. Eyni zamanda stressi aradan qaldıraraq, narahatlıq və depressiya kimi günümüzün ən böyük problemlərini həll edir.
Xüsusilə aclıq hormonlarını idarə etmədəki effektivliyi ilə emosional qidalanmağın qarşısını alı, piylənmərni aradan qaldırır.
Dəfələrlə aşkar edilib ki, “Akkermansia” xərçəng xəstələrində yatmış immun sistemini oyandıraraq şiş əmələ gəlməsini ləngidir”, - deyə Akın vurğulayıb.
Məşhur mikrobioloq bakteriyadan faydalanmaq üçün məsləhətlər də verib.
“Hər kəs orijinal olduğuna əmin olduğu “Akkermansia” bakteriyası tərkibli məhsullardan istifadə edə bilər. Digər tərəfdən, təsadüfi şəkildə qarışdırılmış, uyğun olmayan probiyotiklər və koordinasiya olunmamış prebiyotiklər qatılmış məhsullar bədənə fayda vermir.
Mikrobiomunuza yaxşı baxsanız, o da sizə qarşılığını verəcək. Mikrobiotanıza həqiqətən yaxşı qulluq etmək üçün xarici probiotik əlavələr qəbul etməyi məsləhət görürəm. Tərkibində “Akkermansia” və onun törəmələri olan, müxtəlif prebiyotiklər və bitki ekstraktları ilə zənginləşdirilmiş məhsullarla bağırsaqlarınızdan bütün bədəninizə yayılan sağlamlığa nail olmaq mümkündür”.
Gül