ABŞ Prezidenti Donald Trampın tərəfdarları onun müalicə aldığı Uolter Rid xəstəxanasının qarşısına toplaşıblar.
Medicina.az xəbər verir ki, TASS agentliyi xəbər verir ki, öz növbəsində Birləşmiş Ştatlar prezidenti avtomobilin şüşəsindən tərəfdarlarına əl yelləyib.
Ağ Evdən məlumatda qeyd olunur ki, prezident avtomobil ilə qısa səyahətdən sonra yenidən müalicə aldığı xəstəxanaya qayıdıb.
Qeyd edək ki, hadisədən bir neçə dəqiqə əvvəl, D.Tramp öz “Twitter” səhifəsindən tərəfdarlarına müraciət edərək müalicə aldığı tibb mərkəzinin önündə toplanan tərəfdarlarının qarşısına çıxmağa hazır olduğunu bildirmişdi.
Xatırladaq ki, oktyabrın 2-də ABŞ prezidenti özünün və xanımı Melaniya Trampın koronavirusa yoluxduğunu demişdi.