Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tərdən balıq qoxusu gələrsə...

  • 2023.07.03 12:40
  • 1450 Baxış
Tərdən balıq qoxusu gələrsə...
Yay yaxınlaşdıqca, çox insan adi haldan daha çox tərlədiyini fərq edir. Müəyyən miqdarda tərləmə temperatur və hərəkətə normal reaksiyadır. Ancaq digərləri diabet və həddindən artıq aktiv tiroid kimi səbəblərdən ola bilər.


“Medicina” xəbər verir ki, əsas tərləmə yox, tərin qoxusudur. Bəzən tərdən balıq qoxusu gəlir.


Trimetilaminuriya bədən mayelərində, o cümlədən tərdə çürüyən balıq qoxusuna səbəb olan vəziyyətdir.

Terapevt İrina Andreyevnanın sözlərinə görə, trimetilaminuriyanın simptomları doğuşdan müşahidə oluna bilər, lakin onlar daha gec, çox vaxt yetkinlik dövründə üzə çıxır.


Bunlar təsir edə bilər:

• Nəfəs
• Tər
• Sidik


Qoxu daimi ola bilər və ya "gəlib-gedə” bilər. Trimetilamin, bakteriyalar qidaları parçalayanda bağırsaqda əmələ gələn güclü qoxulu kimyəvi maddədir. İnsanların çoxunda orqanizm trimetilamin maddəsini başqa bir qoxusuz kimyəvi maddəyə çevirə bilir. Lakin trimetilaminuriyası olan insanda orqanizm bunu edə bilmir və kimyəvi maddə bədəndə yığılaraq tər kimi mayelərə sızır.


Bu zaman aşağıdakı qidalardan imtina etməyi tövsiyə edilir:

• İnək südü
• Dəniz məhsulları və qabıqlı balıqlar
• Yumurta
• lobya
• fıstıq
• Qaraciyər və böyrəklər
• Tərkibində lesitin olan əlavələr.

Aynur Məmmədova