Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tər qoxusunun yaranmasının səbəbləri nədir?

  • 2022.07.16 12:44
  • 3280 Baxış
Tər qoxusunun yaranmasının  səbəbləri nədir?
Yay aylarında tər qoxusu ilə çox mübarizə aparırıq. Tərin 98-99 faizini adi su təşkil edir və bu səbəbdən normada tərin heç bir pis spesifik iyi yoxdur. Bəs, bu qoxunun yaranmasına səbəb nədir?


Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qoxunun yaranmasına əsas səbəb pəhriz zamanı edilən səhvlər, müxtəlif xəstəliklər və hormonal pozğunluqlardır.

Bunlarla yanaşı, tər iyinə səbəb olan qidalar da var. Məsələn, kələm, yumurta, sarımsaq, soğan, paxlalı bitkiləri çox qəbul etmək qoxunun yaranmasına şərait yaradan amillərdəndir.


Onu da qeyd edək ki, tər vəziləri hamısı eyni deyil. Hər hansı bir şeydən qorxduqda, əsəbiləşdikdə, hətta sərin bir otaqda belə tərləmək mümkündür. Yəni stresli, mənfi bir emosional vəziyyətdə də belə hallar baş verə bilər.

Böyrək xəstəlikləri və şəkərli diabet xəstələrinin bir çoxunda tər qoxusu sirkə iyinə bənzər olur.

Qadınlarda hamiləlik və menopoz dönəmlərində narahat edən problemlərdən biri də tərləmədir. Həmin vaxt kəskin qoxudan əziyyət çəkirlər. Amma bu həmin dövrlər üçün normal haldır.