Böyük Britaniyanın 99 yaşlı sakini Polin Martin bütün ömrü boyu ailə biznesi ilə məşğul olub və indi də təqaüdə çıxmaqdan imtina edir.
“Medicina” xəbər verir ki, o hər gün 2 kilometr yol qət edərək, müştərilərə özü çatdırma edir.
Onun qızı deyib ki, anası bütün müştərilərin harda yaşadığını bilir və sifariş toxumları özü aparıb çatdırır. Biz onu "Boss" deyə çağırırıq.
Qadın uzun ömrünün sirrini həyata maraqda görüb.
“Nə qədər gücünüz var, bir işlə məşğul olun və bunda maraqlı olun.
Çünki həyat özü maraqlıdır”.
Həkimlərin də dediyinə görə, ən ahıl yaşda belə aktiv qalmaq və piyada gəzmək ömrü uzadır.
Aygün Musayeva