Bu məsləhəti Almaniyanın Düsseldorf İnstitutunun alimləri verir. Onlar xüsusən yaşlı adamlara günə 4 fincan qəhvə içməyi uyğun görür. Məhz bu doza qan damarlarının müdafiəsi, ürək üçün, hətta infarktdan sonra bərpa olmaq üçün idealdır.
Medicin.az xəbər verir ki, alman tədqiqatçıları hesab edir ki, kofein yeni hüceyrələr yaranmasına kömək edir, daha çox da arteriya və vena damarlarının yenilənməsinə səbəb olur.
Almanlar eksperimenti siçanlar üzərində aparıblar. Qoca gəmiricilər kofein qəbulundna sonra özlərini daha yaxşı hiss ediblər piylənmədən əziyyət çəkənləri isə arıqlayıb.
-Yaşlı insanların menyusuna kofein daxil etmək əlavə dietik faktor kimi qəbul olunmalıdır. Daimi olaraq kofeinli içkilər içmək ürək-damar xəstəlikləri və ağırlaşmalarından qoruyur. Bu da ömrün uzanması deməkdir. Bu çox maraqlı nəticələrdir, amma bunu insanlar üzərində kliniki sınaqlarla təsdiqləmək lazımdır.
İsveçrə alimləri isə daha da irəli gedərək, kofeinin böyrəklərdə insulin sintez etməsinə kömək etdiyini bildiriblər. Ona görə də qəhvə diabet xəstələrinin də menyusunda olmalıdır.
Yeri gəlmişkən, 4 fincan kiçik qəhvə fincanı nəzərdə tutulur. Kofein yaşıl çayın da tərkibində var. Qəhvə istəməyənlər, yaşıl çay içə bilər.