Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tənhalıq gənclərin psixikasına zərbə vurur – Sosial təcrid xəstəlikdir

  • 2018.04.28 16:33
  • 24666 Baxış
Tənhalıq gənclərin psixikasına zərbə vurur –  Sosial təcrid xəstəlikdir
London Kral Kollecinin pxisoloqlarının tibbi məqaləsində müasir gənclərin psixikasına tənhalığın necə zərbə vurması barədə maraqlı məqamlara toxunulub.

Medicina.az xəbər verir ki, araşdırmaçılar hələ 1994-95-ci illərdə İngiltərədə yaşayan 2000 nəfər 18-22 yaşlı gənclərdən anket sorğuları alınıb. Suallarda onların nə dərəcədə cəmiyyətdən təcrid edilməsi barədə mövzulara toxunulub. 


" Sənə elə gəlirmi ki, səni atıblar”, " Nə qədər tez-tez özünü tənha hiss edirsən”, " Dostarının az olması səni narahat edirmi” və s. İştirakçıların həyat tərzi, vərdişləri, işi və təhsili, fiziki və psixi sağlamlığı barədə də məlumatlar toplanıb. 

Iştirakçıların 20%-i arada özünü tənha hiss etdiyini bildirib. 10 % isə bu hissə tez-tez, hətta hər gün düşdüklərini etiraf ediblər. 


10 il sonra həmin insanlar yenidən araşdırılıb. Məlum olub ki, həmin 10% -düşünən insanlarda sosial təcrid dərinləşib, onlar təşviş pozuntusu, depressiyadan əziyyət çəkir, özünə fiziki zədə yetirib, bir qismi hətta intihar həddinə də çatıb.


Bu adamların karyera perspektivi də zəifdir. Ən tənha iştirakçılar isə fiziki baxımdan aktiv həyat sürmür, siqaret çəkir, kompüter oyunlarından asılıdır.

Mütəxəssislər belə qənaətə gəlib ki, gənc insanlarda sosial təcrid olunma və tənhalıq hissi nə qədər tez başlayıb, nə qədər çox olsa, onların gələcəkdə sağlamlıqlarında və iş həyatlarında bir o qədər çox problemlər yaşanır. Əgər ətrafınızda kimsə gənc, yeniyetmə və ya övladınız həkimə, ya rafiqəsinə, ya dostuna özünü tənha hiss etdiyini deyirsə, bilin ki, bu həmin adamın gələcəkdə çox problemlər yaşayacağına siqnaldır. Bacardıqca o gənci sosial həyata bağlayın və tənhalıqdan xilas edin.