Dünyada yalnız yaşayan insanların sayı hər keçən gün daha çox artır. Özünü yalnız hiss edən insanların isə səhv seçimləri səbəbindən müxtəlif xəstəliklərə tutulmaq riski artır.
Medicina.az xəbər verir ki, bu barədə amerikalı elm adamları danışıblar.
Onların sözlərinə görə, bu göstərici qadınlar üzərində daha çoxluq təşkil edir.
Araşdırmaçılar tək yemək yeyən kişilərin köklük, ürək-damar, təzyiq, şəkər xəstəliklərinə yoluxmaq riskinin yüksək olduğunu bildiriblər.
Araşdırma zamanı bir məqam daha çox diqqəti cəlb edib. Özünü yalnız, mənasız hiss edən insanların düzgün qidalanmaq əvəzinə, orqanizm üçün təhlükəli olan qidalardan istifadə etdikləri məlum olub.
Mütəxəssislər yaşayış tərzinin çox əhəmiyyət kəsb etdiyini bildiriblər. Belə ki, spirtli içkilər, siqaret, hərəkətsiz yaşayış insan sağlamlığına mənfi təsir göstərən faktorlar sırasındadır. Həmçinin stress, yalnızlıq, kefsizlik də qidalanmaya mənfi təsir edən nüanslardandır.
Şəhanə Quliyeva