Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təndirlərdə, xüsusi qazanxanalarda çalışanlar DİQQƏT! - Ağciyərinizdən ehtiyatlı olun

  • 2019.08.27 09:20
  • 3284 Baxış
Təndirlərdə, xüsusi qazanxanalarda çalışanlar  DİQQƏT! - Ağciyərinizdən ehtiyatlı olun

 

 Ağciyərlərin xroniki obstruktiv xəstəliyi tənəffüs yollarının, daha çox bronxların distal hissələrinin zədələnməsi, tənəffüs çatışmazlığı ilə xarakterizə olunan və əsasən geri dönməyən proseslərlə səciyyələnən bir xəstəlikdir. Dünyada ağciyərlərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkənlərin sayı getdikcə artır. Demək olar ki, dünyada hər dörd ölümdən biri bu xəstəliyin payına düşür.

 

Həmin xəstəlik bəzən peşə zərurətindən yaranır. Belə ki, ona təndirlərdə, xüsusi qazanxanalarda, sement zavodlarında işləyənlərdə rast gəlinsə də, yaranmasının əsas səbəbi tütünçəkmədir. Bu xəstəlikdən əziyyət çəkənlərdə aparılan müalicə tənəffüs çatışmazlığının aradan qaldırılması və yüngülləşdirilməsi və xəstənin ömrünün uzadılmasına yönəlib. Xəstəliyin xüsusilə orta-ağır və ağır formalarının tam müalicəsi çox çətindir. Xüsusilə 35-40 yaşdan yuxarı şəxslərdə daha çox rast gəlinir. Burada tütünçəkmə müddətinin böyük əhəmiyyəti var. Xəstə nə qədər erkən tütün məmulatlarından istifadə etməyə başlayıbsa, xəstəliyin inkişaf etməsi də bir o qədər tez ola bilər.
Medicina.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə müsahibəsində Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramov məlumat verib. "Ümumiyyətlə, xəstəliklərin diaqnozunun qoyulması xəstənin tam kompleks müayinəsi nəticəsində olur. Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin diaqnozunun qoyulması üçün anamnestik məlumatların və laborator-instrumental müayinə üsullarının böyük əhəmiyyəti var. Xəstəliyin diaqnostikasında spirometriya deyilən xarici tənəffüs funksiyasının öyrənilməsinin, yəni "FEV-1” adlanan ilk saniyədə gücləndirilmiş nəfəsvermənin həcminin təyin edilməsinin əhəmiyyəti böyükdür.
Erkən müraciət müalicənin effektivliyini artırır. Müalicə tənəffüs çatışmazlığının aradan qaldırılması, prosesin daha da dərinləşməsinin qarşısının alınmasına hesablanıb. Həmin xəstəlik aşkar olunan xəstələrdən ilk olaraq tütünçəkməni dayandırmaq tələb olunur. Müalicəyə başlamazdan əvvəl xəstəliklə yanaşı infeksiyanın olub-olmaması da yoxlanılır. Bundan sonra müalicə təyin olunur”, - deyə mütəxəssis qeyd edib.

 

Təndirlərdə, xüsusi qazanxanalarda çalışanlar  DİQQƏT! - Ağciyərinizdən ehtiyatlı olun
Təndirlərdə, xüsusi qazanxanalarda çalışanlar  DİQQƏT! - Ağciyərinizdən ehtiyatlı olun
Təndirlərdə, xüsusi qazanxanalarda çalışanlar  DİQQƏT! - Ağciyərinizdən ehtiyatlı olun