Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tənbəlsən, bəlkə bu xəstəliyin var?

  • 2024.01.20 17:04
  • 1235 Baxış
Tənbəlsən, bəlkə bu xəstəliyin var?
Çox adam sanki öyrəşib özünə, ya ailə üzvünə tənbəlsən deməyə. Hətta gündəlik işlərini görməyə özündə güc, həvəs tapa bilmirsənsə, tənbəlliklə barışma, əvvəl müayinə olun.


"Medicina" xəbər verir ki, tənbəllik, iş görməyə ərinək orqanizmin məcburi seçimidir.


Belə ki, orqanizm, beyin insanın enerjisinin, az olduğunu görüb, onu qorumaq üçün qənaət etmək qərarına gəlir.

Tənbəlliyin dərəcələri var: apatiya, 1-2 həftə heç bir yenilik, heç bir şey etməmək istəyi və ya çox yatmaq normal tənbəllik hesab edilir.

Əgər bu hal 3-4 aydır davam edirsə, artıq yoxlanmaq lazımdır. Bunun üçün terapevt, endokrinoloq və nevroloqa müraciət etməlisiz.



Tənbəllik diabet, depressiya, zob, təzyiq və onkologiyanı göstərə bilər. Hər metodu sınayıb, getdikcə tənbəllik artırsa, mütləq həkimə gedin


Aygün Musayeva