Tənbəl bağırsaq sindromu daha çox oturaq işdə çalışanlarda, yaşlılarda və körpələrdə ola bilər. Dünya əhalisinin 30% - hazırda bu problemdən əziyyət çəkir. Tənbəl bağırsaq qəbizliyə gətirib çıxarır, hansı ki, dərmansız işləmək istəmir.
Tənbəl bağırsağın əlamətləri: qəbizlik (2-3 gündən bir), köp, iştahsızlıq, yorğunluq, halsızlıq
Amma dərman çıxış yolu deyil.
Medicina.az tənbəl bağırsağı işləməyə vadar edən metodu təqdim edir.
İlk növbədə qidada çuğundur, kök, kələm, xiyar, meyvələr olmalıdır.
Qızarmış ət, duzlu, hisə verilmiş qidalar, konservlər, un məmulatları, şirniyyat, alkoqol, düyü, noxud, turp ixtisar olunmalıdır.
Xüsusi məşq:
Kürəyi üzərində uzanıb, ayaqları bir –bir dizdən qatlayıb, açmaq. 20 dəfə
Qarın üzərində uzanıb bir ayağı qarına sıxmaq
Döşəmədə əyləşin, kürəyiniz divara söykənsin. Ayaqları dizdən yığın. Qarnınızla nəfəs alıb verərək ayaqları açıb yığın.
Dizləriniz üzərində oturub, pişik kimi başı irəli verib, beli, qarnı yuxarı çəkmək
Qarnını göbəyin yanından başlayaraq saat istiqamətində dairəvi masaj edib,sonra əksinə masaj etmək
Mütləq həmin gün 2 litr su qəbul etmək