Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ötən ilin orqan köçürmələri - 246-sı uşaqlardır

  • 2019.03.05 14:57
  • 5693 Baxış
Ötən ilin orqan köçürmələri -  246-sı uşaqlardır
 


Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən orqanların transplantasiyası və açıq ürək əməliyyatları aparılır.



 

Medicina.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.


Sənəddə qeyd edilib ki, 2018-ci ildə dövlət hesabına 22 nəfərə böyrək köçürülüb, 12 sümük iliyi transplantasiyası aparılıb, 998 nəfərə kardiocərrahiyə əməliyyatı icra olunub və onlardan 246-sı uşaqlardır.


Xəstələrə angioqrafiya müayinəsi aparılıb və onlardan 633 nəfərə angioplastika əməliyyatı icra olunub. 114 xəstəyə isə endoprotezləşmə əməliyyatı aparılıb.


Hazırda Azərbaycanda böyrək köçürülmüş 900-dən artıq insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.


Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək iclasında müzakirə ediləcək.