Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ötən il 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb

  • 2018.01.02 20:54
  • 12093 Baxış
Ötən il 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb
2017-ci ildə Azərbaycanda 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb, 79 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb.


 

Medicina.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.


Şöbə müdiri qeyd edib ki, hazırda ölkəmizdə böyrək transplantasiyası əməliyyatı olunmuş 900-dən artıq insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.


G.Poladov əlavə edib ki, dövlət hesabına 1106 xəstə üzərində ürək əməliyyatı (966 açıq, 140 qapalı) icra edilib, onlardan 266 nəfəri uşaqdır (201 açıq, 65 qapalı əməliyyat). 2413 anfioqrafiya müayinəsi, 684 nəfər üzərində koronar damarların stentlənməsi həyata keçirilib. Son iki ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşaqda uğurla koxlear implantasiya əməliyyatı icra edilib. 
Ötən il 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb