Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ötən il 30.000 nəfər narkotik istifadəçisi qeydə alınıb, 5-i azyaşlıdır - Səhiyyə Nazirliyindən valideynlərə xəbərdarlıq

  • 2018.09.05 17:50
  • 7641 Baxış
Ötən il 30.000 nəfər narkotik istifadəçisi qeydə alınıb, 5-i azyaşlıdır -  Səhiyyə Nazirliyindən valideynlərə xəbərdarlıq
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi azyaşlı uşaqları olan valideyinlərə diqqətli olmağı tövsiyə edir


Medicina.az xəbər verir ki, Respublika Narkoloji Dispanserdən verilən statistikaya görə, ötən il 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb.


 Son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur.


Məlumata əsasən istifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb, lakin onlar yaşının azlığına görə cinayət məsuliyyətinə cəlb olunmayıblar.


 Qeyd edək ki, son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilib.