Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hava kəskin dəyişir - Özünüzü pis hiss edə bilərsiniz

  • 2019.01.16 14:47
  • 7661 Baxış
Hava kəskin dəyişir -  Özünüzü pis hiss edə bilərsiniz

Sabah Azərbaycanda havanın temperaturu kəskin dəyişəcək.


Medicina.az xəbər verir ki, yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 28-33 m/s, Abşeron yarımadasının bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 10 dərəcə aşağı enərək 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Yağıntının sulu qara keçəcəyi ehtimalı var.


Tibbi-meteoroloji xəbərdarlıq


Yanvarın 17-18-də Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcəyi gözlənilir. Havanın belə kəskin dəyişməsi əksər əhali üçün çox əlverişsizdir.