Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Temperatur, ishal, şişkinlik... - Səbəbi bilnməyən KRON xəstəliyi nədir?

  • 2020.10.02 12:29
  • 3500 Baxış
Temperatur, ishal, şişkinlik...  - Səbəbi bilnməyən KRON xəstəliyi nədir?
Kron həzmlə bağlı olan xəstəliklər içərisində ciddi problemlərə səbəb olan və həyatımıza mənfi təsir edən bir xəstəlikdir.


Medicina.az xəbər verir ki, insanlar arasında 1000-də 2 olaraq rastlanan bu xəstəlik, əsasən, incə bağırsağın bitdiyi yerə yaxın bölgələrdə özünü biruzə verir. Xəstəliyin səbəbi tam bilinməsə də ətraf aləmin və genetik ünsürlərin təsiri var. Xəstəlik tam sağalmaz və ona dəfələrlə cərrahi müdaxilələr lazım ola bilir.



Kron incə və qalın bağırsağın birləşdiyi hissələrdə rastlanan iltihablı xəstəlikdir. Qadınlarda kişilərə nisbətən daha geniş yayılıb. Xəstəlik daha çox 35-40 yaşlarında rastlanır. Bununla yanaşı gənc insanlarda da bunu görmək mümkündür.

Əsas əlamətləri bunlardır:

- Qarın hissədə ağrı,
- Temperatur,
- İshal,
- Bəzi hallarda şişkinlik,
- Qəbzlik,
- Qusma,
- Ürək bulanma,
- Çölə çıxmada qan,
- Anusun ətrafında çatlaq yaranması.

Kron xəstəliyi tam sağalmayacaq bir xəstəlikdir. Xəstəliyin azalma və artma periodları var. Xəstəliyin artdığı zamanlarda dərman və ya xüsusi qidalanma ilə müalicə edilir. Bununla yanaşı, bu xəstələrin 50-70 faizi yaşadıqları müddətdə 1 dəfə də olsa cərrahi əməliyyat keçirirlər. Dərmanla müalicədə nəticə olmadıqda buna baş vururlar.



Kron xəstəliyinin yaranma səbəbi tam bilinmir. Aparılan araşdırmalara görə, bu xəstəliyə sahib olan valideynlərin uşaqlarında da rastlama ehtimalı çoxdur. Xəstəliyin yoluxucu ehtimalı yoxdur.

Bəzi bakteriya və virusların orqanizmə təsiri ilə xəstəliyin yarandığı deyilsə də sübut olunmamışdır. Stressli yaşam tərzinin də kron xəstəliyi üzərindəki təsirləri hələ də araşdırılmaqdadır. Xəstəliyin göstəricilərini bilən kimi mütəxəssis bir həkimə getmək çox önəmlidir.

Aygün Nəbiyeva