Climate Central-ın mütəxəssislər qrupu Yer kürəsində qlobal istiləşmənin nəticəsində Dünya okeanının səviyyəsinin qalxmasını kompüter vizualizasiyası ediblər.
Onlar bildirir ki, temperatur normadan cəmi 3-4 selsi qalxsa belə, dağıdıcı subasmalara gətirib çıxaracaq.
Medicina.az xəbər verir ki, planet qızdıqca, dünya okeanlarında isti suların miqdarı artır. Buzlaqlar əriyir, yer kürəsində quru yerlər azalacaq.
İqlim dəyişikliyi labüddür, ən yaxşı halda temperatur 1,5 dərəcə istiləşərsə, sel və subasmalar qaçılmazdır. Lakin bu zaman şəhərlərdə suyun miqdarı dizə qədər ola bilər.
Lakin təəssüf ki, dünya qlobal subasma yolundadır və 3 dərəcə istiləşməyə doğru gedir. Bu reallıq ən geci 70 il sonra gözlənilir.
Qrup iri şəhərlərin planeti su basdıqdan sonra necə olacağının kompüter fotolarını hazırlayıb.
Qeyd edilib ki, daha çox okean və dəniz sahili ölkələr, tropik ərazilər, sahilyanı yaşayış yerləri silinəcək.
30 il sonra su ətrafında yaşamaq və işləmək təhlükəli olacaq.
Dünyanın qlobal istiləşmədən sonra fotolarını təqdim edirik: