Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Temperatur aşağı düşəcək - Yağış yağacaq

  • 2017.09.25 13:29
  • 11773 Baxış
Temperatur aşağı düşəcək -  Yağış yağacaq
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Medicina.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.


Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 22-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.


Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturunun gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.  


Tibbi-meteoroloji proqnoz: 


Sentyabrın 26-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və arabir güclənən mülayim xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.