Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təmizlik vasitələri uşaqların orqanizminə necə təsir edir? - ARAŞDIRMA

  • 2018.09.24 16:58
  • 14152 Baxış
Təmizlik vasitələri uşaqların orqanizminə necə təsir edir? -  ARAŞDIRMA
Kanadada alimlər evdəki yuyucu vasitələrin uşağın səhhətinə necə təsir etdiyini müəyyən etmək üçün araşdırma aparıb.


Medicina.az xəbər verir ki, 757 3-4 aylıq uşağın qatıldığı araşdırmada bağırsaq florasının evdəki dezinfeksiyaedici və yuyucu vasitələrdən nə qədər zərər gördüyü araşdırılıb. Daha sonra uşaqların 1-3 yaşlarındakı çəkiləri dəyərləndirilib.


Məlum olub ki, dezinfeksiyaedici məhsulların çox istifadə olunduğu evlərdəki uşaqların bağırsaqlarında Haemofil və Klostridii bakteriyalarının səviyyələri düşüb, Lachnospiraceae isə yüksəlib. 


Dezinfeksiyaedici vasitələrlə Lachnospiraceae bakteriyası arasındakı "əlaqə” yuyucu vasitələrdə aşkar edilməyib. Odur ki, dezinfeksiyaedici vasitələrdən istifadə edərkən, evdə azyaşlı uşaq varsa, diqqətli olmağınız tövsiyə edilir.


MEDİCİNA.AZ