Ev şəraitində hamımızın istifadə etdiyi süngərlər təhlükə saçır.
Medicina.az xəbər verir ki, “Environmental Science & Technology” akademik jurnalında dərc edilən araşdırmaya görə, dünyada ev təmizliyində istifadə edilən melamin köpük süngərləri hər ay trilyonlarla mikroplastikləri evlərə buraxır.
Hətta inadkar ləkələri belə asanlıqla çıxarmaq qabiliyyəti ilə tanınan bu süngərlər bunu unikal aşındırıcı xüsusiyyətləri ilə edir.
Lakin onların buraxdığı zəhərli maddələr insan sağlamlığına təsir edir.
Aygün
Medicina.az