Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təmizləyici məhsullar təhlükə yaradır - ÜST-dən xəbərdarlıq

  • 2025.04.10 10:02
  • 416 Baxış
Təmizləyici məhsullar təhlükə yaradır -  ÜST-dən xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı evdə istifadə edilən kimyəvi tərkibli təmizləyici məhsulların insan sağlamlığı üçün zərərli olduğunu açıqlayıb. Təşkilatın araşdırmasına görə, kimyəvi maddələr siqaret qədər ağciyərlərə də zərər verə bilər.

Medicina.az xəbər verit ki, gündəlik həyatımızda təmizlik sağlam həyatın təməl daşlarından biri hesab olunur.

Ancaq evlərimizdə istifadə etdiyimiz təmizlik məhsulları ciddi sağlamlıq riskləri yarada bilər.

Parlaq səthlər, şirin qoxular və gigiyena vədləri ilə dolu bu məhsullar əslində yavaş-yavaş bizi və sevdiklərimizi zəhərləyə bilər.



ÜST-nin havanın keyfiyyəti və sağlamlığı ilə bağlı araşdırmaları göstərir ki, bu cür kimyəvi maddələrlə nəfəs almaq astma, allergiya və hətta xroniki tənəffüs xəstəliklərinə səbəb olur.

Məsələn, ağardıcı kimi xlor əsaslı məhsulların istifadəsi zamanı ayrılan qazlar tənəffüs yollarını qıcıqlandıraraq öskürəyə, nəfəs darlığına və gözlərin yanmasına səbəb ola bilər.

ÜST xəbərdarlıq edir ki, bu cür kimyəvi maddələrə uzun müddət məruz qalma ağciyər funksiyasının daimi zədələnməsinə səbəb ola bilər.

Təmizləyici məhsulların təhlükəsi adətən qəfil zəhərlənmə şəklində deyil, gündəlik istifadə zamanı aşağı dozada məruz qalma ilə özünü göstərir. 2018-ci ildə ÜST-nin dəstəklədiyi bir araşdırma, evdə müntəzəm olaraq kimyəvi təmizləyici vasitələrdən istifadə edən şəxslərin, xüsusən də qadınların xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) riskinin artdığını müəyyən edib.



Araşdırmalara görə, bu məhsullar həftədə bir dəfə istifadə olunsa belə, siqaret qədər ağciyərlərə zərər verə bilər.

Norveçdə aparılan və 6000-dən çox insanın iştirak etdiyi bu uzunmüddətli araşdırma təmizləyici vasitələrin ziyanlı olduğunu sübut edir.

ÜST uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslərin bu kimyəvi maddələrə daha həssas olduğunu vurğulayır. Uşaqların immun sistemi hələ tam formalaşmadığı üçün təmizləyici vasitələrdən atılan kimyəvi maddələr onların tənəffüs yollarına və dərisinə daha tez təsir edir.

Məsələn, döşəmə təmizləyicilərinin tərkibindəki ammonyak və ya hamam məhsullarında tez-tez istifadə edilən fenol kimi maddələr dəri vasitəsilə sorularaq allergik reaksiyalara və hormonal pozğunluqlara səbəb ola bilər.

Aygün
Medicina.az