Gün ərzində oturaraq televizor və kompüter qarşısında işləyənlər və vaxt keçirənləri gözləyən təhlükə böyükdür.
“Medicina” xəbər verir ki, kardioloq Nadekda Korneyeva gün ərzində bacardıqca çox stuldan qalxmağı, ayaq üstə qalmağı tövsiyə edib. Həkim çıxış yolunu ayaq üstündə noutbuk, kompüterdə işləməkdə görüb.
“Oturmaq ürək-damar xəstəlikləri riskini artırır. Ürəyin sağlamlığı insanın nə qədər çox oturmağından asılıdır. Oturduğunuz yerdən ən geci 40 dəqiqədən bir qalxıb 10 dəq. gəzməlisiz.
Ayaq üstə aktiv olmaq qanda xolesterin, tromb ehtimalını artırır, şəkəri azaldır.
Kompüterdə nəyəsə baxırsızsa, dayanaraq edin. Qısa məsafəli gəzintilər və işdə gimnastik hərəkətlər mütləqdir.
Evdə hətta seriala da ayaq üstə baxın.
Ev işləri, ütü və s. ayaq üstdə edin.
Telefonla danışmaq və sosial şəbəkələri izləmək küçədə və ya parkda gəzərkən ola bilər.
Çox oturanlar ildə 1 dəfə ürəyini və damarlarını yoxlatsın”.
Aygün Musayeva